Liftdə qalan qadın belə çıxarıldı - VİDEO

17:35 03.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binasının liftində qadın sakin köməksiz vəziyyətdə qalıb.

Hafta.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq bina sakini xilas edilib.